"Brands' Box" haqqında

BRANDS’ BOX Azercell ilə birlikdə həyata keçirilən bir loyallıq proqramıdır.

Bu layihənin köməkliyi ilə sizin üçün faydalı olacaq xidmətdənistifadə edə bilərsiniz. Brands’ Box xidmət çərçivəsində müştərilərimizə müxtəlif sahələrdə geniş üstünlüklər və dəyərli xidmətlər təqdim edirik.
BB SMS bildiriş funksiyası daşıyaraq, sizə çox saylı güzəştlər təqdim edir!

*224#yes yığaraq Siz Brands’ Box-a qoşulacaqsınız. SMS-i göndərdikdən sonra Şəxsi hesabınıza daxil olmaq üçün istifadəçi adı və şifrə alacaqsınız. Şəxsi hesabınıza
daxil olub, qeydiyyatı tamamlamaqla daha geniş imkanlara sahib olacaqsınız.

Siz hələ də bu xidmətə qoşulub, qoşulmayacağınızdan əmin deyilsiniz?

Onda biz sizə xidmətin əsas özəlliyini söyləyək!

Bu xidmət vasitəsi ilə yalnız seçdiyiniz brendlərdən xəbər alacaqsınız. Şəxsi hesabınızda 10- brend seçmək imkanınız var. Bununla yanaşı, bütün BrandsBox tərəfdaşlarında endirimlərdən yararlana biləcəksiniz.
Bu özəllik sizin lazımsız məlumatlar almağınızı məhdudlaşdıraraq, yalnız lazım olan məlumatları əldə etmək imkanı verir.

Burada sizi aparıcı mütəxəssislərdən moda, qida, idman və digər mövzularda maraqlı  bloqlar gözləyəcək, həmçinin Siz müxtəlif hədiyyəli viktorinalar və sorğularda iştirak edərək hədiyyələr qazana bilərsiniz. Biz daha çox imkanlar yaradırıq!